HƏYƏCAN KEÇİRMƏK

həyəcanlanmaq, narahat olmaq; ~ təlaş keçirmək, təşvişə düşmək, ürəyi yerindən oynamaq, ürəyi əsmək.

HƏYATLA VİDALAŞMAQ
HƏYƏCAN TƏBİLİ ÇALMAQ
OBASTAN VİKİ
Təşviş (Həyəcan) Pozuntuları
Təşviş həyəcan pozuntusu
Təşviş pozuntuları — təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu və digər psixi pozuntular aiddir. == Haqqında == Təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar təşviş pozuntuları adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial (ictimai) fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu, obsessiv-kompulsiv pozuntu (sarışan hallar nevrozu), posttravmatik stress pozuntusu aiddir. Müxtəlif təşviş pozuntularından əhalinin 15–18%-i əziyyət çəkir. Əsəb xəstəlikləri arasında, yayılmasına görə, təşviş pozuntuları yalnız depressiyadan geri qalır. Qorxu və təşviş insanın təbii emosional reaksiyalarıdır. İnsanın həyatına təhlükə yarandıqda bu hisslər hər bir fərddə meydana çıxır və onun fəaliyyətini təhlükədən qurtarmağa yönəldir. Lakin hər hansı situasiyaya qarşı həddən artıq güclü qorxu və təşviş yaranarsa, yaxud bu hisslər əsassız meydana çıxarsa, belə vəziyyət təşviş pozuntuları adını almış əsəb xəstəliklərinin əlaməti kimi qiymətləndirilir. == Təşviş pozuntularının növləri == Bu bölmədə müxtəlif təşviş pozuntularının qısa təsviri verilmişdir.